“Twitter”dən geri addım: API xidməti yenidən pulsuz oldubackend

“Twitter”dən geri addım: API xidməti yenidən pulsuz oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Twitter” daha əvvəl ödənişli olduğunu elan etdiyi API xidmətini yenidən ictimai xidmətlər üçün pulsuz etdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, “Twitter” avtomatik tvit təklif edən API xidmətini ödənişli edəcəyini açıqladığı zaman dövlət qurumlarından böyük reaksiya verilib.

Hava şəraiti, zəlzələ kimi məlumatlar üçün istifadə edilən bu xidmətin ödənişli olacağı təqdirdə, əhəmiyyətli xəbərdarlıqların ictimaiyyətə çatdırılmayacağı ilə bağlı narahatlıq ifadə olunub.

Həddindən artıq qiymətlərə görə xidmətlərin kəsilməsi təhlükəsinə cavab olaraq, “Twitter” bir bəyanat verərək ictimai xidmət və təhlükəsizlik hesabları üçün ödəniş alınmayacağını açıqladı.

NOCOMMENT.AZ