Gecə saatlarında Rusiya silahlı qüvvələri Ukraynanın bir neçə vilayətinə eyni vaxtda kütləvi hava zərbələri endirib. Hücumlar nəticəsində mülki infrastruktur hədəf alınıb, onlarla dinc sakin xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, rus ordusu gecə boyunca Dnepr və Odessa şəhərlərini, həmçinin Çerniqov, Kirovoqrad və Zaporojye vilayətlərini raket və PUA-larla atəşə tutub.
Ən ciddi fəsadlar və xəsarət alanlar Dnepr şəhərində qeydə alınıb. İlkin rəsmi məlumatlara görə, Dneprə edilən hücum nəticəsində ikisi uşaq olmaqla azı 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerlərində dağıntıların təmizlənməsi və xilasetmə işləri davam etdirilir. Digər bölgələrdəki itkilər və dağıntıların miqyası dəqiqləşdirilir.
Sara,












