Zimbabvedə milli fəlakət elan edilibbackend

Zimbabvedə milli fəlakət elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zimbabve prezidenti Emmerson Mnanqaqva şiddətli quraqlıq səbəbindən ölkədə milli fəlakət elan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, prezident Emmerson Mnanqaqva aclıq çəkən milyonlarla insana kömək etmək üçün ölkənin 2 milyard dollar yardıma ehtiyacı olduğunu bildirib.

Mnanqaqva bildirib ki, quraqlığın nəticələri ilə mübarizə üçün iki istiqamətdən istifadə olunacaq. İlk növbədə bəndlərin tikintisi və suvarma. “Bununla bağlı biz, əlbəttə ki, bu sahədə böyük təcrübəyə malik Rusiya kimi ölkələrin bilik və bacarıqlarından çox faydalanacağıq”, – deyə prezident qeyd edib.