Zülfüqarov: Lavrov İrəvanda buna imkan vermədibackend

Zülfüqarov: Lavrov İrəvanda buna imkan vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lavrovun Ermənistana səfərinin əsas məqsədi 20 iyunda keçiriləcək seçkilərlə bağlı idi. Seçkilərin əsas mövzusu gələcəkdə Ermənistanın hansı siyasəti seçəcəyidir. Bu baxımdan bu səfərin əsas məqsədi ruspərəst siyasətçilərə və Rusiyanın Ermənistana aid siyasətinin təbliğinə dəstək idi.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan və Bakıya səfərini şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirb ki, Ermənistanda Rusiyaya münasibət son dərəcədə pisləşib: “Müharibənin nəticələri və Ermənistanın iqtisadi, sosial və siyasi vəziyyəti ilə bağlı müxtəlif fikirlər səslənir. Bir çox siyasətçi bunun günahını Rusiyada görür. Buna görə də səfərdə əsas məqsəd Rusiyanın siyasətini təbliğ etmək cəhdi idi.

Digər bir məsələ də Qarabağ mövzusu ilə bağlı səslənən fərqli fikirlərdir. Lavrov ermənilərin Azərbaycanın daxili məsələlərini müzakirə etmək istəklərini dəstəkləmir. Hazırda Qarabağ mövzusuna Ermənistanın heç bir aidiyyəti yoxdur. Azərbaycan bu mövzunu daxili məsələsi kimi qiymətləndirir. Hansısa üçüncü ölkə tərəfindən Azərbaycanda ermənilər yaşayan bölgənin müzakirə edilməsi qəbuledilməzdir. Müsbət hal ondan ibarətdir ki, Lavrov bu mövzuları müzakirə etmək istəmədi və bunun qarşısını kəskin şəkildə aldı”.

T.Zülfüqarov Lavrovun səfəri ərəfəsində Azərbaycan prezidentinin bir sıra mühüm bəyənatlar verdiyini və vacib bəyanatları təkrar etdiyini xatırladıb: “Onlardan biri, təbii ki, münaqişənin həll olunması mövzusudur. Azərbaycanın mövqeyi bu münaqişənin bitdiyi yöndədir və əgər münaqişə bitibsə, vasitəçiliyə də ehtiyac yoxdur. Bir sıra ölkələrin vasitəçilik və Azərbaycanın daxili məsələlərinə müdaxilə cəhdləri kəskin şəkildə tənqid olunub. Biz indi yeni vəziyyətin yarandığını görürük. Torpaqlarımızın işğal olunduğu dövrdə bizim əsas marağımız xarici dairələrin diqqətini bu mövzuya cəlb etmək idi. İndi isə əksinə olaraq, Azərbaycan öz dövlət siyasəti və ordusunun gücü hesabına işğala son qoyub və bu baxımdan qalan mövzular bizim daxili işimizdir.

Biz Türkiyə və Rusiyanı ermənilərin Azərbaycan dövlətinə reinteqrasiya prosesində yardımçı kimi dəvət etmişik. Ermənistan və ya digər ölkələrin iştirakı isə qəbuledilməzdir”.