Bu ölkə Ukraynaya S-300 verdibackend

Bu ölkə Ukraynaya S-300 verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə Slovakiya Respublikasının Baş naziri Eduard Heger tviter səhifəsində məlumat verib.

Baş nazir vurğulayıb ki, Ukrayna təkcə özünü müdafiə etmir.

“Təsdiq etmək istərdim ki, Slovakiya Ukraynanı S-300 hava hücumundan müdafiə sistemi ilə təmin edib. Ukrayna xalqı həm öz suveren ölkəsini, həm də bizi cəsarətlə müdafiə edir. Rus təcavüzü zamanı onlara kömək etmək, insan itkisinə laqeyd yanaşmamaq, kənarda durmamaq borcumuzdur”, – deyə Heger vurğulayıb.

Qeyd edək ki, Slovakiya S-300 sistemini BMT-nin tələbi ilə özünümüdafiə hüququ haqqında Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Ukraynaya təhvil verib.