Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin müdiri Sənan Fətəliyev vəzifəsindən ayrılıb.
NOCOMMENT.az xəbər verir ki, E.Fətəliyev 2024-cü ildən bu vəzifədə çalışıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə bu ilin mart ayından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. Fərmanla İTSDA və ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) publik hüquqi şəxs yaradılıb. (Plat.az)











