Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı ARTDI

Bakıda güclü külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı ARTDI

Bakıda iyulun 27-də güclü külək nəticəsində 4 nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.

Bu barədə NOCOMMENT.az-a TƏBİB-dən məlumat verilib.

Onlardan 2 nəfər (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərin (kişi) müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.


1 nəfərə isə (qadın) zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

2 nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.