İyulun 28-də qaz kəsiləcək - Bu ərazilərdə

İyulun 28-də qaz kəsiləcək - Bu ərazilərdə

Tovuz rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 09:30-dan işlər yekunlaşanadək Tovuz şəhərinin bir hissəsinin, eləcə də Düz Cırdaxan, Qədirli-Cilovdarlı, Yuxarı Öysüzlü, Yuxarı Mülkülü, Cəlilli, Aşağı Mülkülü, Qaraxanlı və Hunanlar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.