Bu gün Bakının Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
"Azərişıq" ASC-dən verilən məlumata görə, iyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir və təftiş işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.












