Ağcabədi faciə yaşandı - 24 yaşlı oğlan...

Ağcabədi faciə yaşandı - 24 yaşlı oğlan...

Ağcabədi rayonunda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayon ərazisində aparılan təmir-bərpa işləri zamanı qeydə alınıb. "Azərişıq" ASC-nin əməkdaşı, 2002-ci il təvəllüdlü, Ağcabədi sakini Vəli Süleymanov elektrik dirəyində işləyərkən onu cərəyan vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.\\apa