İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclası zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail dövlətinə qarşı səsləndirdiyi ritorikanı kəskin şəkildə tənqid edib. Netanyahu bildirib ki, Ərdoğanın İsrailin məhvinə çağıran çıxışlarını diqqətsiz qoymayacaqlar və bu məsələni ABŞ rəsmilərinin diqqətinə çatdıracaqlar.
NOCOMMENT.az xəbər verir ki, İsrail hökumətinin başçısı iclas zamanı bu mövzuya xüsusi toxunub:
"Demək olar ki, elə bir gün olmur ki, Ərdoğan İsrail dövlətinin məhv edilməsinə çağırmasın. Biz bu sözləri çox ciddi qəbul edirik. Çünki xalqımızın tarixindən öyrəndiyimiz bir şey varsa, o da budur: kimsə sizi məhv etmək niyyətində olduğunu deyirsə, bunu ciddi qəbul etməlisiniz".
Netanyahu qeyd edib ki, İsrail bu cür bəyanatları sadəcə kənardan izləmir və məsələni öz müttəfiqi olan ABŞ-yə rəsmi qaydada çatdırmaq niyyətindədir. Xatırladaq ki, son vaxtlar Türkiyə rəsmilərinin İsrailə qarşı sərt ritorikası və Qəzzadakı müharibə ilə bağlı mövqeyi iki ölkə arasında münasibətləri gərginləşdirib. İsrail tərəfi Ərdoğanın açıqlamalarını bölgədə təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirdiyini bəyan edir.
Sara,











