Nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı - BAKIDA

Nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı - BAKIDA

Bakıda qayınata gəlininə xəsarət yetirib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlarında qeydə alınıb.

İttiham aktına görə, 65 yaşlı Hacımurad Əliyev (ad və soyad şərtidir) 9-cu sinif buraxılışından 130 bal yığan nəvəsinə irad bildirib. Bu zaman onun gəlini kobud cavab qaytarıb və qayınata ilə gəlin arasında mübahisə yaranıb. Mübahisə zamanı Hacımurad Əliyev stəkanı götürərək, gəlininə atıb. Stəkan qadının üzünə dəyərək, ona xəsarət yetirib.

Faktla bağlı Hacımurad Əliyev barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən də həmçinin qayınatasına qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Hacımurad Əliyev məsuliyyətdən azad olunub. Lent.az