Türkiyədə dəhşətli FƏLAKƏT - İnsanlar ŞOK içində

Türkiyədə dəhşətli FƏLAKƏT - İnsanlar ŞOK içində

Türkiyənin Afyonkarahisar, Antalya və Muğla vilayətlərində meşə yanğınları qeydə alınıb, təhlükə ilə əlaqədar yerli əhali təxliyə edilir.

NOCOMMENT.az xəbər verir ki, Antalya şəhərinin Kepez rayonunun Çamlıca məhəlləsində baş verən yanğının söndürülməsinə havadan və qurudan intensiv müdaxilə olunur. Antalya Meşə Regional İdarəsinin məlumatına əsasən, alovla mübarizə tədbirlərinə 5 helikopter, 4 yanğınsöndürən təyyarə, 12 xüsusi texnika, 4 su təchizatı maşını və 4 ilkin müdaxilə avtomobili cəlb olunub. Yanğın təhlükəsi səbəbindən bölgədəki bəzi evlər təhlükəsiz ərazilərə köçürülüb.

Eyni zamanda, Muğlanın Fethiye və Afyonkarahisar vilayətlərində də meşə yanğınlarının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Sara,

NOCOMMENT.az