Xəbər verdiyimiz kimi, bu gün Füzuli Şəhəri Günüdür.
Bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli şəhər günü tədbiri keçirilib.
NOCOMMENT.az qafqazinfo-a istinadən xəbər verir ki, əlamətdar gün qala-konsert və atəşfəşanlıqla bitib.
Musiqili axşamda müğənnilər Murad Arif, Günay İbrahimli və Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu çıxış ediblər.












