Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında davam edən danışıqlar çərçivəsində İranın onun bütün tələblərini qəbul etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

"İran hazırda özünü çox yaxşı aparır. Onlar mənim istədiyim hər şeylə razılaşırlar və bunu etməyə məcburdurlar", - deyə Tramp Vaşinqtonda respublikaçı senatorlarla keçirdiyi qapalı görüşdən sonra jurnalistlərə bildirib.


Ağ Evin rəhbəri həmçinin neft qiymətlərinin aşağı düşməsini qeyd edərək vurğulayıb ki, Yaxın Şərqdəki son hərbi münaqişə fonunda belə, bir barel neftin qiyməti 70 dollar həddindən aşağı düşüb.