Moskvanın Presnenski rayon məhkəməsi məşhur bloqer Hüseyn Həsənov barəsində qiyabi hökm çıxarıb. Çirkli paraların leqallaşdırılması ittihamı ilə keçirilən məhkəmə prosesinin nəticəsinə əsasən, o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
NOCOMMENT.az xəbər verir ki, məlumatı "ura.ru" portalı yayıb.
Cəza tədbirləri bununla bitməyib; instansiya qərarına görə, Həsənov bir milyon rubl miqdarında cərimə ödəməli və iki il müddətinə şəbəkələrdə hər hansı material paylaşmaq hüququndan məhrum olunmalıdır. Eyni zamanda, "Moskva-Siti" kompleksində yerləşən və ümumi dəyəri 46 milyon rubl təşkil edən mülkü dövlət nəfinə müsadirə edilib.
İstintaq sənədlərində qeyd olunur ki, fərdi sahibkar kimi fəaliyyət göstərən həmin şəxs 170 milyon rubldan çox məbləğdə vergi öhdəliklərindən yayınıb.
Sara,











