TƏCİLİ! İran Ukraynaya hücuma başlayır - Yeni müharibə!

TƏCİLİ! İran Ukraynaya hücuma başlayır - Yeni müharibə!

İranın ali rəhbərinin hərbi müşaviri Möhsin Rezai bildirib ki, Xəzər dənizində İranla Rusiya arasında yük daşıyan gəmiyə edilən hücumdan sonra Tehran Ukrayna ərazisindəki üç obyektə zərbə endirmək imkanını nəzərdən keçirib. Onun sözlərinə görə, Ukrayna tərəfinin İrandan üzr istəməsindən sonra əməliyyat dayandırılıb.

NOCOMMENT.az xəbər verir ki, Rezai qeyd edib: "Biz Ukrayna ərazisindəki üç obyektə zərbə endirməyə hazırdıq. Lakin onların bunun səhv olduğunu bəyan etmələrindən sonra cavab tədbirlərini dayandırdıq ki, açıqlamalarını araşdıraq. Hətta səhv olsa belə, bu, yenə də kompensasiya tələb edir."

Xatırladaq ki, iyulun 25-də Ukrayna Xəzər dənizindəki İran ticarət gəmisinə zərbə endirmişdi və hadisə nəticəsində bir ekipaj üzvü həlak olmuşdu.