Naxçıvanda avtomobil piyadaya ağır xəsarət yetirib – FOTO

Naxçıvanda avtomobil piyadaya ağır xəsarət yetirib – FOTO

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1959-cu il təvəllüdlü, Naxçıvan şəhər sakini Musayeva Yasəmən Zulfiqar qızını vurub. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.