Pendir istehsalı azalıb

Pendir istehsalı azalıb

Cari ilin yanvar-oktyabr aylarının statistikasına əsasən, Azərbaycanda pendir və kəsmik istehsalı azalıb.

NOCOMMENT.az xəbər verir ki, hesabat dövründə ölkədə 44 min 261,7 ton pendir və kəsmik istehsal olunub.

Ötən ilin müvafiq dövründə istehsal həcmi 45 min 837 ton təşkil edib.

Beləliklə, illik müqayisədə istehsalda 1 575,3 ton və ya 3,43% azalma qeydə alınıb.

Qeyd edək ki, 1 noyabr tarixinə olan məlumatlara əsasən, hazır məhsul ehtiyatı 47,2 ton olub.//Valyuta.az