Qızılın qiyməti 4034 dollara düşdü

Qızılın qiyməti 4034 dollara düşdü

Beynəlxalq əmtəə bazarlarında qızıl və gümüşün qiymətində enmə qeydə alınıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin qiyməti 0,42% azalaraq 4 034,8 ABŞ dollarına düşüb.

Eyni birjada gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçersləri də ucuzlaşıb. Belə ki, qiymət 0,26% azalaraq 57,29 ABŞ dolları təşkil edib.