TƏCİLİ! Rusiya Kiyevə hücuma başladı - Paytaxt bombalanır

TƏCİLİ! Rusiya Kiyevə hücuma başladı - Paytaxt bombalanır

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın əsas sənaye müəssisələrinə endirdiyi zərbələr nəticəsində Kiyevdə güclü yanğınlar baş verib. Şahidlərin məlumatına görə, yanğın hadisələri Darnitsa dəmir-beton məmulatları zavodu, maşınqayırma zavodu, həmçinin yerli komissarlıq və ətrafındakı ərazilərdə qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, NASA-nın xəritələri və hadisə yerindən yayılan kadrlara əsasən, Darnitsa rayonunun sənaye zonasında güclü yanğın müşahidə olunub və hücumların "Geran" dronları ilə ballistik raketlər vasitəsilə həyata keçirildiyi bildirilir.

Zərbələrin əsas hədəfləri sırasında istehkam qurğularının hazırlanması ilə məşğul olan və Ukraynanın ən böyük dəmir-beton konstruksiya istehsalçılarından biri sayılan Darnitsa Dəmir-Beton Məmulatları Zavodu, habelə dəmir yolu vaqonlarının təmiri və modernləşdirilməsi ilə məşğul olan maşınqayırma zavodu yer alıb.

Eyni zamanda, Kiyevin Svyatoşinski rayonunda yerləşən anbar binasında da yanğın baş verib. İlkin məlumatlara görə, Darnitsa rayonunun hərbi komissarlığı, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsi və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunan çoxsaylı anbarlar, təmir və istehsal sexləri zərbə zonasında qalıb.

Gecə saatlarında Kiyevlə yanaşı, Odessa, Xarkov və Sumı vilayətlərində də partlayışlar qeydə alınıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Kiyevdə PUA istehsalı və saxlanması ilə məşğul olan Ukrayna hərbi sənaye müəssisələri hədəf alınıb. Bununla yanaşı, hərbi təyinatlı yüklərin və yanacaq-sürtkü materiallarının saxlandığı Odessa və "Yujnıy" limanları vurulub, həmçinin Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinə məxsus bir dəniz gəmisi və sürətli katerin məhv edildiyi bildirilib.