Amasyada dəhşətli qəza - Avtobus aşdı - VİDEO

Amasyada dəhşətli qəza - Avtobus aşdı - VİDEO

Türkiyənin Amasya bölgəsinin Merzifon rayonunda ikimərtəbəli sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, İstanbuldan Orduya gedən nəqliyyat vasitəsi sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə yerinə polis, tibb və yanğınsöndürmə qrupları göndərilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.