Türkiyənin Bakırköy Cümhuriyyət Baş Prokurorluğu sənətçi, aktyor, iş adamı və əyləncə məkanlarının sahibləri də daxil olmaqla 25 nəfər barəsində narkotiklə bağlı genişmiqyaslı əməliyyata başlayıb.
NOCOMMENT.az xəbər verir ki, prokurorluğun yaydığı məlumata görə, şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi, narkotik vasitələrin istifadəsini asanlaşdırdığı və bunun üçün yer təmin etdiyi barədə kifayət qədər dəlillər əldə olunub.

İstintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığına 25 şübhəlinin saxlanılması, ünvanlarında axtarış aparılması, bioloji nümunələrin götürülməsi və ifadələrinin alınaraq prokurorluğa təqdim edilməsi barədə göstəriş verilib.

Əməliyyat zamanı indiyədək tanınmış müğənnilər Sıla, İlyas Yalçıntaş, prodüser Fatih Aksoy da daxil olmaqla ümumilikdə 9 nəfər saxlanılıb.
Araşdırma davam edir.











