"Qarabağ" "Vestri" ilə cavab oyununa çıxır

"Qarabağ" "Vestri" ilə cavab oyununa çıxır

Bu gün "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək.

Görüş İslandiyada yerləşən "Thróttarvöllur" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Komandalar arasında Bakıda keçirilən ilk oyunda Ağdam təmsilçisi 3:0 hesablı inamlı qələbə qazanaraq növbəti mərhələ üçün ciddi üstünlük əldə edib.

"Vestri" tarixində ilk dəfə avrokuboklarda çıxış edir. İslandiya Kubokunun qalibi olan komanda debütünü məhz "Qarabağ"a qarşı keçirib.

Bu cütün qalibi II təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub tərəf isə mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək və II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) - RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.