Bakının bu ərazilərində su olmayacaq

Bakının bu ərazilərində su olmayacaq

Bakının Surxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərinin içməli su təchizatında gün ərzində müvəqqəti fasilə yaranıb.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu Suraxanı rayonundan keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlıdır.