Bu gün Şuşa şəhərində son 32 ildə ilk dəfə toy keçirilir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsinin veteranı 28 yaşlı Elmir Məmmədlinin İsa bulağında toy mərasimi başlayıb.
Toy “İsa bulağı” istirahət kompleksində təşkil olunub.











