8 noyabr – Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Səhləbad kəndində 500-dən artıq sakinə texniki su xətti çəkilib.
NOCOMMENT.az məlumatına görə açılış mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak edib.Mərasimdə çıxış edənlər bu layihənin Zəfərin beçinci ildönümü kimi əlamətdar bir tarixə təsadüf etməsindən böyük qürur duyduğlarını bildiriblər.
Çıxışlarda vətən müharibəsində qazanılan Qələbənin ruhuna uyğun olaraq, bölgələrimizin və yaşayış məntəqələrimizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırılıb.
Səhləbad kəndində istismara verilən bu yeni su xətti, 100-dən çox ailənin təmiz və fasiləsiz su təminatı ilə bağlı problemini həll edir və “Böyük Qayıdış” siyasətinin yalnız işğaldan azad edilmiş ərazilərdə deyil, bütün regionlarda həyata keçirilməsinin bariz nümunəsidir deyə kənd sakinlərini su çəkilişi münasibətilə sakinləri təbrik dilib.
Natiqlər qeyd ediblər ki son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilir.Millət vəkili Anar Məmmədov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın hər zaman Azərbaycan xalqına diqqət qayığı göstərir.
Keçirilən mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Millət Vəkili Anar Məmmədova minnətdarlıqlarını bildiriblər.Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.
Görüşdə yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlıq olunub. Açılş mərasimindən sonra qonaqlar şəhid qardaşı İman Almuradovun yaaşadığı evdə olublar.Onun problemləri ilə maraqlanıblar.
Qeyd edək ki, Anar Məmmədov 2020-2024 cü illərdə Goranboyda 30 a yaxın kəndlərdə bu lahiyə həyata keçirib. Tərtərdə isə 3 -cü lahiyədir.
Bundan sonra digər kəndlərdə də yəni susuzluqdan əziyyət çəkən sakinlərə texniki suyun çəkilməsi nərərdə tutulub.Anar Məmmədov 2020-2024 cü illərdə 96 saylı dairədən deputat olub, indi isə 97 saylı Tərtər, Ağdərə, Goranboyun Deputatıdır.












