Türkiyənin İstanbul şəhərində, Beşiktaş rayonunda yerləşən iki məşhur əyləncə məkanında genişmiqyaslı narkotik əməliyyatı keçirilib. Əməliyyat çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən hər iki məkanda ciddi axtarışlar aparılıb.
NOCOMMENT.az xəbər verir ki, əməliyyat nəticəsində tanınmış sosial media fenomenləri Samet Liçina, Özlem Parlu, Mika Slovana və Elif Karaaslan saxlanılıblar. Bundan əlavə, məşhur aktyor İlker İnanoğlu və müğənni Cem Adrian barəsində də saxlanılma qərarı çıxarılsa da, aparılan araşdırmalar zamanı hər iki sənətçinin hazırda ölkə xaricində olduğu məlum olub.
Aliyə











