Fransada dizel yanacağının orta qiyməti martın 7-dən bəri ilk dəfə olaraq 1 litr üçün 2 avro həddinin altına enib.
NOCOMMENT.az xəbər verir ki, son həftələrdə yanacaqdoldurma məntəqələrində qiymətlərdə cüzi geriləmə müşahidə olunsa da, kəskin ucuzlaşma real görünmür
Qiymətlərin bir qədər aşağı düşməsində ABŞ və İran arasında əldə olunan yeni razılaşma ilə bağlı bazarlarda yaranan optimizm mühüm rol oynayıb. Razılaşma enerji bazarlarında risklərin azalacağına dair gözləntiləri
gücləndirsə də, neftin dünya qiymətlərinə təsir edən digər amillər hələ də qüvvədə qalır.
Yaxın Şərqdə son aylarda yaşanan gərginliklər və xüsusilə Hörmüz boğazında yaranmış problemlər qlobal enerji bazarında ciddi təlatümlərə səbəb olub. Bu səbəbdən yanacaq qiymətlərinin sürətlə və əhəmiyyətli dərəcədə aşağı düşməsi üçün hələlik kifayət qədər əsas yoxdur.
Mütəxəssislər hesab edirlər ki, əgər ABŞ-İran münasibətlərində normallaşma davam etsə və enerji təchizatına dair risklər azalsa, yaxın aylarda qiymətlərdə müəyyən sabitləşmə mümkündür. Bununla belə, hazırkı şəraitdə sürücülərin yanacağın qiymətində böyük endirim gözləməsi üçün münbit əsaslar yoxdur. Bakıvaxtı.az












