Daşqın təhlükəsi: 36 mindən çox insan təxliyə edildi

Daşqın təhlükəsi: 36 mindən çox insan təxliyə edildi

Çin xilasediciləri leysan yağışları və daşqın təhlükəsi səbəbindən ölkənin cənubundakı Quandun əyalətində 36 mindən çox insanı təhlükəsiz yerə köçürüblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çinin rəsmi televiziyası məlumat yayıb.

Regionun daşqınlar və quraqlıqla mübarizə üzrə xüsusi qərargahından verilən məlumata görə, ərazidə fövqəladə vəziyyətə reaksiya mexanizmləri tam olaraq işə salınıb. Ümumilikdə sel təhlükəsi ehtimal edilən məkanlardan dəqiq olaraq 36 127 vətəndaş köçürülüb.

Adətən, Çin Xalq Respublikasının cənub ərazilərində yay fəslində şiddətli yağışlar, dağıdıcı tayfunlar və güclü daşqınlar xarakterikdir.

Qeyd edək ki, 2025-ci il ərzində Çində baş vermiş təbii fəlakətlərin vurduğu birbaşa maddi ziyan 241.61 milyard yuana (təqribən 34.5 milyard dollar) bərabər olub. Həmin təbii fəlakətlər nəticəsində 763 nəfər həyatını itirib və ya itkin düşmüş hesab edilir.