Hərbi helikopteri qəzaya uğradı: 3-ü türk olmaqla 6 nəfər həlak oldu – Bu ölkədə

Hərbi helikopteri qəzaya uğradı: 3-ü türk olmaqla 6 nəfər həlak oldu – Bu ölkədə

Qətərdə hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 türkiyəli həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəzada 1 türk əsgəri və ASELSAN şirkətinin 2 texniki işçisi həyatını itirib.

***13:16

Qətər Silahlı Qüvvələrinə məxsus helikopter ölkə sahillərində dənizə düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

“Qətər helikopteri planlaşdırılmış missiyanı yerinə yetirərkən texniki nasazlıqla üzləşib və nəticədə o, ştatın ərazi sularında qəzaya uğrayıb.

Helikopterdə ümumilikdə yeddi nəfər olub. Qəza nəticəsində altı nəfər ölüb”, – deyə bildirilib.

Nazirlik itkin düşən sonuncu şəxsin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini əlavə edib.