Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub.

NOCOMMENT.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib.

Mərhumun nəşi bu gün Azərbaycana gətirilib. V. Abdullayev doğulduğu Beyləqan rayonunun Birinci Şahsevən kəndində dəfn edilib.