Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı

Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı

Mərkəzi Afrika Respublikasında vəba xəstəliyinin yayılması qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Pyer Somse milli televiziya ilə çıxışı zamanı məlumat verib.

İyunun 27-nə olan məlumata görə, ölkədə 197 vəba yoluxması aşkarlanıb, 24 nəfər isə həyatını itirib.

Xəstəliyin yayılmasının episentri ölkənin cənub-qərbində yerləşən Bimbo və Mbaiki dairələridir. İlk yoluxma halı iyunun 14-də qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vəba artıq Afrikanın 14 ölkəsinə yayılıb. Xəstəliyin ən geniş yayılması Konqo Demokratik Respublikasında müşahidə olunur. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin hesablamalarına əsasən, bu ölkədə ilin əvvəlindən bəri 21 min yoluxma və 726 ölüm halı qeydə alınıb./APA