Yaxın Şərqdə davam edən müharibə və uzun illərdir tətbiq edilən sanksiyalar fonunda İranda illik inflyasiya yeni rekord vuraraq 88,6 faizə yüksəlib. Bu barədə İranın Statistika Mərkəzi məlumat yayıb.
NOCOMMENT.az xəbər verir ki, cari ilin xordad ayı (22 may – 21 iyun) ərzində ərzaq məhsullarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb. Xüsusilə, qırmızı ət və quş əti 178,2 faiz, süd, pendir və yumurta 151,9 faiz, çörək və dənli bitkilərin qiyməti isə 138,8 faiz bahalaşıb. Müqayisə üçün qeyd edək ki, müharibədən əvvəl, fevral ayında illik inflyasiya 68 faiz, 2025-ci ilin dekabrında isə bahalaşmaya qarşı etirazların keçirildiyi dövrdə 52,6 faiz təşkil edib.
Vəziyyətin daha ağır olduğu kənd yerlərində illik inflyasiya 100 faizlik həddi aşaraq 108,1 faizə çatıb. Ölkənin 11 əyalətində inflyasiya göstəricisi 100 faizdən çoxdur, ən yüksək bahalaşma isə müvafiq olaraq İlam (114,7 faiz), Kürdüstan (111,7 faiz) və Luristan (109,8 faiz) əyalətlərində qeydə alınıb.
Sara,











