Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.
Hadisə zamanı BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri bordürün üzərinə çıxıb.
Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə zamanı bir nəfər yüngül xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.











