İranın hərbi-dəniz qüvvələri faktiki olaraq döyüş qabiliyyətini itirib.
NOCOMMENT.az xəbər verir ki, məlumatlara görə, İran donanması – o cümlədən müntəzəm hərbi-dəniz qüvvələri (IRIN) artıq real döyüş gücü kimi fəaliyyət göstərə bilmir. yayılan məlumatlarda İranın böyük hərbi gəmilərinin əhəmiyyətli hissəsinin limanlarda məhv edildiyi bildirilir. Qeyd olunur ki, bu gəmilərin çoxu dənizə çıxmağa belə imkan tapmadan hücumlar nəticəsində sıradan çıxarılıb.
Məlumatlara görə, zərbələr nəticəsində İranın hərbi-dəniz infrastrukturu və donanmanın əsas elementləri ciddi zərər görüb. Bu isə ölkənin dənizdəki hərbi imkanlarının kəskin şəkildə zəifləməsinə səbəb olub.
Hazırda İran donanmasının qalan hissəsinin vəziyyəti və bərpa imkanları ilə bağlı müxtəlif qiymətləndirmələr aparılır. Lakin ilkin məlumatlar göstərir ki, ölkənin dənizdəki hərbi potensialı ciddi şəkildə zəifləyib.
Sara
NOCOMMENT.az












