İrandan gizli neft ixracı: ABŞ ilə "atəşkəs" dövründə milyardlıq qazanc

İrandan gizli neft ixracı: ABŞ ilə "atəşkəs" dövründə milyardlıq qazanc

Analitiklərin hesablamalarına görə, İraq və Suriya marşrutları ətrafında gərginliyin yaşandığı bir dövrdə, İraq da öz növbəsində ABŞ ilə əldə etdiyi qısamüddətli "atəşkəs"dən istifadə edərək milyardlarla dollar dəyərində neft ixrac edib.

NOCOMMENT.az xəbər verir ki, məlumata əsasən, rəsmi Vaşinqtonun İrandan neft idxalına tətbiq etdiyi blokadanı təxminən bir aylıq müddətə aradan qaldırması Tehrana sərfəli fürsət yaradıb. Bu müddət ərzində İran ümumi dəyəri 5-6 milyard dollar olan təxminən 70 milyon barel nefti xarici bazarlara çıxarmağa müvəffəq olub.

Xatırladaq ki, tərəflər arasında imzalanmış qarşılıqlı anlaşma memorandumu cəmi bir ay qüvvədə qalıb. Sənəd 18 iyun tarixində imzalandığı halda, artıq 18 iyulda İran Xarici İşlər Nazirliyi bu razılaşmanın ləğv olunduğunu və artıq qüvvədə olmadığını bəyan edib.