Qazaxıstanlı məşhur rusdilli reper "Kislo-Sladkiy" ləqəbli 27 yaşlı Darxan Jumabek Tailandda itkin düşüb.
NOCOMMENT.az xəbər verir ki, son dövrlər Pattayada yaşayan reper bu gün Pxuketə uçmalı və orada yeni klipinin çəkilişlərinə başlamalı idi. Musiqiçi ilə sonuncu dəfə rejissor Parasat İbrayev əlaqə saxlayıb. Lakin onun təyyarəyə minib-minmədiyi və Pxuketə çatıb-çatmadığı məlum deyil.
Hadisə şahidləri bildirirlər ki, son günlər reperi Pattaya çimərliklərində bir neçə dəfə qeyri-adekvat vəziyyətdə görüblər.
Xatırladaq ki, 2019-cu ildə "Piriday" treki ilə geniş populyarlıq qazanan reperin axtarışları hazırda davam etdirilir.
Əli Səfərli,










