İsrail Beyrutda “Hizbullah”ın obyektlərinə zərbələr endirdi: Ölənlər var

İsrail Beyrutda “Hizbullah”ın obyektlərinə zərbələr endirdi: Ölənlər var

A-
A+
Livanın “Hizbullah” hərəkatının silahlı qanadı İsrail Aerokosmik Sənayesi (IAI) şirkətinin Lod şəhərindəki qərargahına edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında yaydığı məlumatda bildirilib.

Mətndə deyilir ki, “Hizbullah” İsrailin onlarla Livan şəhər və qəsəbəsinə qarşı təcavüzünə cavab olaraq İsrail aerokosmik sənayesinin qərargahına hücumda dronlardan istifadə edib.

Lodda İsrailin aparıcı aerokosmik və müdafiə konqlomeratı olan IAI-nin istehsal müəssisəsi və inzibati qərargahı yerləşir. İsrail komandirləri hələlik bu strateji obyektə dron hücumu olduğunu təsdiqləməyiblər.

***

İsrailin Livanın paytaxtı Beyrutdan təxminən 60 kilometr cənub-şərqdə yerləşən Baalbek şəhərinə endirdiyi hava zərbələri nəticəsində ən azı dörd nəfər həlak olub, azı 10 nəfər isə yaralanıb.

Məlumatda qeyd edilir ki, İsrail qüvvələri yaşayış binasına hücum ediblər. Qeyd olunur ki, dağıntılar altında hələ də cəsədlər qala bilər.

*** 09:42

İsrail qüvvələri Livanın paytaxtı Beyrut yaxınlığında yerləşən Hazmiyə və Baabda ərazilərinə hava zərbəsi endirib.

NOCOMMENT.az xəbər verir ki, zərbə ilə Hazmiyə bölgəsində yerləşən “Comfort Hotel” binasının hədəfə alındığı bildirilir.

Ölən və yaralananların dəqiq sayı ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.

Məlumatlara əsasən, gecə saatları ərzində Livanın müxtəlif bölgələrinə də zərbələr endirilib.

İsrail ordusu bəyanat yayaraq bildirib ki, əməliyyatın əsas məqsədi şəhərdəki “Hizbullah” hərəkatına aid olan infrastruktur obyektlərini sıradan çıxarmaqdır.