Çeçenistan rəhbərinin oğlu və köməkçisi, regional Təhlükəsizlik Şurasının katibi Adam Kadırov Ukrayna Prezidenti Vladimir Zelenskini hədələyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
“Səni tapacağıq, bu, yalnız zaman məsələsidir. Və səni buraya, Qroznıya gətirəcəyik. Prezident kimi yox, müharibə cinayətkarı kimi. Və sən səhnədə deyil, təhqir etməyə çalışdığın torpaqda dayanacaqsan. Ağlayacaqsan, fəryad edəcəksən, çəkmələri öpəcəksən və bağışlanma diləyəcəksən”, – Adam Kadırov qeyd edib.
Adam Kadırov əlavə edib ki, Zelenskinin vaxtı tezliklə bitəcək və o zaman Ukrayna lideri dediyi hər sözdən peşman olacaq.
Qeyd edək ki, Zelenski ABŞ-nin Maduro kimi Kadırovun da “götürülməli” olduğunu deyib.











