Laricaninin yerinə o seçildi

Laricaninin yerinə o seçildi

Xəbər verdiyimiz kimi, Səid Cəlili İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu gün bununla bağlı İranın yeni Ali Lideri Müctəba Xamenei artıq fərman imzalayıb.

O, 2024-cü il prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Məsud Pezeşkiana məğlub olub.

Siyasi analitiklər hesab edir ki, Laricaninin ölümündən sonra Cəlilinin təyinatı İranın xarici siyasətində, xüsusilə Qərblə münasibətlərdə daha sərt xəttin izləniləcəyinə işarədir.

Qeyd edək ki, yeni katib bundan əvvəl də ölkənin nüvə proqramı üzrə baş danışıqçısı və təhlükəsizlik strukturlarında mühüm vəzifələrin sahibi kimi tanınıb. İsrailin hədəfə aldığı Laricanidən sonra bu təyinatın rəsmi Tehranın strateji addımlarında hansı dəyişikliklərə yol açacağı dünya mediasının diqqət mərkəzindədir.

Xatırladaq ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrailin martın 17-si Tehrana endirdiyi hava zərbələri nəticəsində öldürülüb.