İranda müstəqil və islahatçı mətbuata qarşı məhkəmə təqibləri davam edir. Ölkənin daxili ictimai-siyasi vəziyyətini tənqid edən materialların dərci növbəti dəfə rəsmi Tehranın sərt reaksiyası ilə qarşılanıb.
NOCOMMENT.az xəbər verir ki, Tehran Prokurorluğu ölkənin tanınmış və nüfuzlu "Etimad" qəzeti, eləcə də nəşrin məsulu və tanınmış analitik-redaktoru Abbas Əbdiyə qarşı rəsmən cinayət işi qaldırıb. Bu barədə məlumatı İran Məhkəmə-Ədliyyə Sisteminin rəsmi informasiya orqanı olan "Mizan" agentliyi yayıb.
Məhkəmə instansiyalarının irəli sürdüyü rəsmi ittihama görə, Abbas Əbdi və rəhbərlik etdiyi media qurumu “vətəndaşlar arasında ixtilaf yaratmaq” və “ictimaiyyəti çaşdıran yalan, həqiqətə uyğun olmayan yazılar dərc etmək”də təqsirli bilinir. İranın Mətbuat Qanunu və İslam Cəza Məcləsinin müvafiq maddələrinə əsasən başladılan cinayət işi çərçivəsində prokurorluq qəti addım ataraq, onun media sahəsindəki fəaliyyətinə 3 ay müddətinə tam qadağa qoyub. İşin əlavə araşdırılması üçün materiallar artıq təhqiqatçı hakimə yönləndirilib.
Sara,
NOCOMMENT.az











