Moskvanın görəcək günləri: Kanistrlə satış qadağan edildi

Moskvanın görəcək günləri: Kanistrlə satış qadağan edildi

Rusiyada yanacaq böhranı fonunda Moskva vilayətində yeni məhdudiyyətlər tətbiq olunub.

NOCOMMENT,.az xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, Moskva vilayətində fəaliyyət göstərən bəzi yanacaqdoldurma məntəqələrində bir avtomobilə maksimum 30 litr benzin satılır.

Məhdudiyyətlər "Qazpromneft", "Lukoyl" və Teboil yanacaqdoldurma məntəqələrində tətbiq edilir. Bununla yanaşı, yanacağın kanistrlərə doldurulmasına da qadağa qoyulub.

Son günlər Rusiyanın müxtəlif bölgələrində də yanacaq satışına oxşar məhdudiyyətlər tətbiq olunur. Rəsmi qurumlar bunu artan tələbat və bazarda ajiotajın qarşısını almaq məqsədi ilə izah edirlər./Musavat.com