Paşinyanın kortejində QƏZA: Ölən və yaralanan var

Paşinyanın kortejində QƏZA: Ölən və yaralanan var

Ermənistanın baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən avtobus yol-nəqliyyat hadisəsi törədib.

NOCOMMENT.az xəbər verir ki, qəza nəticəsində 1 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Rəsmi qurumlar qəza ilə bağlı əlavə məlumatın veriləcəyini bildiriblər.

Sara,
NOCOMMENT.az