Pezeşkian AÇIQLADI: Qonşu ölkələrə hücum…

Pezeşkian AÇIQLADI: Qonşu ölkələrə hücum…

İran prezidenti Məsud Pezeşkian bildirib ki, dünən keçirilən müvəqqəti rəhbərlik şurasının iclasında qonşu ölkələrə qarşı hücumların dayandırılması və raket buraxılışlarının həyata keçirilməməsi barədə qərar qəbul olunub.

NOCOMMENT.az xəbər verir ki, prezident xalqa müraciəti zamanı bu qərarın İranın təhlükəsizliyi və regionda gərginliyin azalması məqsədi daşıdığını qeyd edib.

Onun sözlərinə görə, İran qonşu ölkələrə hücum etməyəcək və onların istiqamətində raketlər buraxmayacaq.

Pezeşkian əlavə edib ki, bu qərar yalnız bir şərtlə qüvvədə qalacaq: əgər həmin ölkələrin ərazisindən İrana qarşı hücumlar həyata keçirilməzsə.

Prezident vurğulayıb ki, İran öz təhlükəsizliyini qorumaq hüququnu saxlayır və ölkəyə qarşı hər hansı hücum olacağı təqdirdə cavab vermək hüququndan istifadə edəcək.

Sara

NOCOMMENT.az