İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ ilə hər hansı bir danışıqlar aparması barədə yayılan məlumatları qəti şəkildə təkzib edib.
NOCOMMENT.az xəbər verir ki, o, Vaşinqtonun bəyanatlarını “aldadıcı gediş” adlandırıb.
Pezeşkian özünün “Telegram” kanalında paylaşdığı rəsmi bəyanatda ABŞ-nin sülh mesajlarının arxasında başqa məqsədlərin dayandığını bildirib. “ABŞ prezidentinin səsləndirdiyi fikirlər sadəcə enerji daşıyıcılarının qiymətini aşağı salmaq və öz hərbi planlarını reallaşdırmaq üçün vaxt qazanmaq cəhdidir”, – deyə İran lideri vurğulayıb.
Prezident qeyd edib ki, Tehran Vaşinqtonun diplomatik manevrlərinə inanmır və bu cür bəyanatların real vəziyyəti əks etdirmədiyini düşünür. Xatırladaq ki, bir müddət əvvəl ABŞ tərəfi İranla müəyyən məsələlər ətrafında müzakirələrin mümkünlüyünə dair siqnallar vermişdi, lakin Pezeşkianın son çıxışı iki ölkə arasındakı gərginliyin hələ də pik həddə olduğunu bir daha təsdiqlədi.
Sara,
NOCOMMENT.az












