Ukraynanın hərbi məhsullar istehsal edən UKRTAC şirkətinin fabriki və anbarları Kiyevə raket və PUA hücumları nəticəsində dağıdılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
UKRTAC-ın İnkişaf Departamentinin direktoru Severion Danqadze hadisəni şirkətin tarixindəki ən böyük faciə adlandırıb.
Qeyd edək ki, UKRTAC ballistik müdafiə, zirehli gödəkçələr və zireh lövhələri istehsal edir.
Xatırladaq ki, Rusiya bu gecə Kiyevə müharibə dövrü ərzindəki ən güclü hücumlarından birini edib.












