Böyük Britaniyanın İslahatı partiyasının sabiq Natan Gill Rusiya hökumətindən rüşvət aldığı üçün 10,5 il müddətinə azadlıqdan məhrum edilib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Qeyd olunub ki, N.Gill mediada və Avropa Parlamentində verdiyi rusiyayönlü bəyanatlara görə on minlərlə funt-sterlinq dəyərində nağd pul alıb.
“Sky News” hakimin sözlərindən sitat gətirib: “Natan Gill maliyyə və siyasi mənfəət güdərək etibar və səlahiyyət mövqeyindən sui-istifadə edib”.
Kanal qeyd edib ki, siyasətçi daha əvvəl Avropa Parlamentinin üzvü olduğu müddətdə – 2018-ci il dekabrın 6-da və 2019-cu il iyulun 19-da səkkiz rüşvət faktı üzrə təqsirli bilinib.












