Ölkədə parlament seçkiləri ərəfəsində Rusiyanı nüfuzdan salmağa çalışan Qərb yönlü dairələrin fəallığı artıb.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
O, “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, Qərb tərəfindən maliyyələşdirilən bəzi qeyri-hökumət təşkilatları və resurslar Rusiya və Rusiya-Ermənistan münasibətlərinə qarşı yönəlmiş kampaniya aparırlar.
Diplomatın sözlərinə görə, Avropa İttifaqı getdikcə daha çox hərbiləşmiş xətt götürür və respublikada açıq şəkildə anti-Rusiya siyasəti yürüdür.
Kopırkin həmçinin vurğulayıb ki, Moskva Ermənistanı hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü hesab edir. Onun sözlərinə görə, təşkilatda üzvlüyün “dondurulması” adlı bir mexanizm mövcud deyil.
Aliyə












