Mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan tanınmış türk aktrisası Gül Onatın sosial şəbəkədə paylaşdığı foto pərəstişkarlarını kədərləndirib.
NOCOMMENT.az xəbər verir ki, "Sihirli annem" serialında canlandırdığı "Perihan teyze" obrazı ilə məşhurlaşan sənətçi kimyaterapiya səbəbindən saçlarını qırxdırmaq məcburiyyətində qalıb.

Sənətçi yaşadığı çətin günləri belə təsvir edib:
"Xəstəliyim 2023-cü ildə başladı. Bu, ən təhlükəli və ölümcül xərçəng növlərindən biri olan mədəaltı vəzi xərçəngidir. Heç vaxt "Niyə mən?" demədim, taleyimi qəbul etdim. Çox ağır əməliyyatlar keçirdim, sanki cəhənnəmi yaşadım. Kimyaterapiya, radioterapiya... Bir il vəziyyətim yaxşı idi, sonra xəstəlik bağırsaqlarıma yayıldı. Yenidən çox ağır əməliyyatlardan keçərək bu günlərə gəlib çatdım. Şükür edirəm".
72 yaşlı aktrisa bildirib ki, yaşadığı bütün çətinliklərə baxmayaraq, həyat eşqini itirməyib./musavat.com/












